AFFA-nın milliyə gətirmək istədiyi futbolçu 3-cü Liqa klubuna keçdi

 AFFA-nın milliyə gətirmək istədiyi futbolçu 3-cü Liqa klubuna keçdi

AFFA-nın Azərbaycan milli komandasına dəvət etmək istədiyi Raul Hacıyev Gürcüstanda klubunu dəyişib.

"Mediasport" xəbər verir ki, 20 yaşlı futbolçu 3-cü Liqa klubu “Squri”yə keçib.

Müdafiəçi ilə mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlanıb.

Qeyd edək ki, AFFA-nın bir müddətdir sənəd məsələsini həll etməyə çalışdığı Hacıyev Rustavidə doğulsa da, əslaən azərbaycanlıdır.

2023-cü ildə U-19 yığmamıza cəlb olunan futbolçu doğma ölkənin millisində pasport probleminə görə forma geyinmək şansı qazanmayıb.