"Qarabağ"ın "Kopenhagen"lə oyununu türk hakim idarə edəcək

"Qarabağ"ın "Kopenhagen"lə oyununu türk hakim idarə edəcək

Oktyabrın 1-də UEFA UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşmanı Niderlanddan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim türk əsilli Sərdar Gözüböyük, yan xətdə Ervin Zeynstra və Patrik İnya, dördüncü hakim isə Yannik Van Der Laan olacaq.

VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:45-də start götürəcək.