"Sabah" Ukrayna klubuna uduzdu
"Sabah" Avstriyada 3-cü yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu "Polessye" ilə mübarizədən məğlub ayrılıb - 1:4.
"Qarabağ"dan Ukrayna təmsilçisinin heyətinə yeni transfer olunan Leandro Andrade matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
"Bayquşlar" buna qədər Tirolda baş tutan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyunlarında "Ferensvaroş" və "Universitatya Krayova" ilə 1:1 hesablı heç-heçə edib.


