AFFA xaricdə yaşayan azərbaycanlıları millilərə dəvət edir
AFFA Azərbaycan futbolunun inkişafına töhfə vermək və xaricdə yaşayan istedadlı azərbaycanlı futbolçuların məlumat bazasını yaratmaq məqsədilə xaricdə yaşayan azərbaycanlı futbolçuları və onların valideynlərini AFFA-nın Futbolun İnkişafı Departamenti ilə əlaqə saxlamağa dəvət edir.
"Mediasport" xəbər verir ki, qurumla əlaqə saxlayarkən aşağıdakı məlumatları təqdim etmək xahiş olunur:
• Ad, soyad
• Doğum tarixi (2006–2015-ci il təvəllüdlü futbolçular)
• Yaşadığınız ölkə
• Hazırda çıxış etdiyiniz klub
• Yarış səviyyəsi / liqa
• Daha əvvəl hər hansı regional, əyalət və ya milli komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?
• Hər hansı seçmə komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?
• Əlaqə nömrəsi
Məqsəd Avropada yaşayan azərbaycanlı futbolçular haqqında məlumat toplamaq, onlarla əlaqə yaratmaq və gələcək layihələr çərçivəsində onların inkişafını yaxından izləməkdir.
Tələb olunan məlumatlar aşağıdakı e-poçt ünvanlarına göndərilməlidir:
fid@affa.az
nijat.abadli@affa.az
Və ya birbaşa WhatsApp vasitəsilə əlaqə saxlamaq mümkündür:
+49 163 2568351
Nicat Abadlı
Xaricdə Azərbaycan Gənclər Futbolu üzrə Koordinator
AFFA – Futbolun İnkişafı Departamenti

