Azərbaycanın daha bir güləşçisi dünya çempionatında finala çıxdı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, Nihat Məmmədli (63 kq) yarımfinalda Sergey Yemelinə (Rusiya) xalların keyfiyyəti prinsipi ilə qalib gəlib.
Dünya və Avropa çempionu sabah ikinci dəfə mundialın qızıl mükafatına sahib çıxa bilər.
67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov (67 kq) isə yarımfinalda iranlı Səid İsmailiyə ilk xal prinsipinə görə uduzub.
Dördqat Avropa çempionu, Olimpiya mükafatçısı sabah bürünc medal görüşünə çıxacaq.
İslam Abbasovun (87 kq) rəqibi finaladək irəlilədiyi üçün təmsilçimiz sabah bürünc medal uğrunda təsəlliverici görüşdə yarışacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.

