Tarixlərində ikinci dəfə Qazaxıstan çempionu adını qazandılar
Futbol üzrə Qazaxıstan Premyer Liqasında çempion məlum olub.
"Mediasport" xəbər verir ki, “Ordabası” tarixində ikinci dəfə çempionluq qazanıb.
Andrey Martinin baş məşqçisi olduğu Şımkənd təmsilçisinin çempionluğu “Kayrat”ın 29-cu turda “Aktobe” ilə heç-heçə etməsindən (2:2) sonra rəsmiləşib.
"Ordabası" mövsümün sonuna 1 tur qalmış ən yaxın izləyicisi "Kayrat"ı 4 xal qabaqlayıb.
Komanda ilk dəfə 2023-cü ildə Qazaxıstan çempionu tituluna yiyələnmişdi.

