Həsrət Cəfərov medalsız qaldı
Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) bürünc medal görüşünə çıxıb.
Olimpiya mükafatçımız yerli Bağdat Samazla dueldə yaxşı üstünlük qazansa da, ani səhvlə yekunda mükafatçılar sırasına düşə bilməyib - 5:8.
Xatırladaq ki, DÇ noyabrın 1-də yekunlaşacaq.
Azərbaycan komandasının aktivində hələlik 3 medal var - yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

