Yuri Vernidub: "Bir hədəfimiz var - çempionluq titulunu qazanmaq"
"Klubun 90 illik yubileyinə bəlli bir hədəfimiz var – çempionluq titulunu qazanmaq. Hələ ki, hər şey plana uyğun gedir kimi görünür. Liderlər qrupundayıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Ukraynanın sport.ua saytına açıqlamasında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.
Mütəxəssis cari mövsüm paytaxt klubunun qarşısına qoyulan hədəflərdən, komandanın indiki durumundan danışıb:
"Həm azarkeşlər, həm də klub rəhbərliyi tərəfindən dəstək hiss edirəm.
Amma özünüz də başa düşürsünüz ki, bir neçə oyunda uduzmaq olar və hər şey dəyişər. Belə bir vəziyyətin yaranmaması üçün əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, "Neftçi" Premyer Liqada 9 turdan sonra 18 xalla 2-cidir və lider "Sabah"dan 2 xal geri qalır.

