İtaliyada Avropa çempionatında 8 cüdoçumuz mübarizə aparacaq

 İtaliyada Avropa çempionatında 8 cüdoçumuz mübarizə aparacaq

30 oktyabr – 1 noyabr tarixlərində İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatı keçiriləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycan beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər.

Qitə turnirində 36 ölkədən 284 idmançı medallar uğrunda mübarizə aparacaq.


-60 kq

Murad Muradlı

Babarəhim Mirzəyev

-66 kq

Nizami İmranov

İslam Rəhimov

-73 kq

Əbil Yusubov 

Mehdi Cəfərov 

-100 kq

Əjdər Bağırov 

+100 kq

Kənan Nəsibov