"Qarabağ"ın üzvünü UEFA Millətlər Liqası üçün yığmaya dəvət etdilər
“Qarabağ”ın qapıçısı Martin Zlomisliç yenidən Bosniya və Herseqovina milli komandasına çağırılıb.
"Mediasport" xəbər verir ki, qolkiper UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki tur görüşü üçün düşərgədə yer alacaq.
28 yaşlı Zlomisliçlə yanaşı, qapıçılardan Salka Hamziç (“Tirol”) və Mladen Yurkas (“Borats”) da baş məşqçi Sergey Barbarezin sərəncamında olacaq.
Millinin "bir nömrə"si Nikola Vasil isə zədəli olduğu üçün yığmaya dəvət edilməyib.
Qeyd edək ki, Bosniya və Herseqovina futbolçuları noyabrın 14-də səfərdə İsveç, noyabrın 17-də isə Seniçada Rumıniya seçmələri ilə qarşılaşacaqlar.
Yığma 4 turdan sonra 8 xalla qrupda liderdir.

