"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasına əzmkar qələbə ilə başladı
"Araz-Naxçıvan" futzal klubu bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycan çempionu əsas mərhələnin 1-ci turu çərçivəsində "Uypeşt"lə (Macarıstan) qarşılaşıb.
Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da baş tutan duel təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 5:4.
Qeyd edək ki, Naxçıvan təmsilçisi oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə üz-üzə gələcək.

