PFL yenə icazə vermədi - "Mehdi Hüseynzadə" stadionu hazır deyil
Misli Premyer Liqasının X turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da baş tutacaq.
"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, arenaya baxış keçirilib və mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğundur.
“Sumqayıt”ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Misli Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır.
Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.
Xatırladaq ki, "Sumqayıt" bu mövsüm bütün rəqiblərini "SOCAR Polymer Arena"da qəbul edib.

