Azərbaycanın 5 gənc cüdoçusu Asiya Kubokunda yarışacaq

 Azərbaycanın 5 gənc cüdoçusu Asiya Kubokunda yarışacaq

Oktyabrın 31-dən noyabrın 1-dək İordaniyanın paytaxtı Ammanda keçiriləcək gənclər arasında Asiya Kubokunda mübarizə aparacaq Azərbaycan cüdoçuları müəyyənləşib.

Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirdə ölkəmizi 4 çəki dərəcəsində 5 gənc qız cüdoçu – Gülşən Hüseynova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Çinarə Sadıqova (52 kq), Aytən Verdiyeva (57 kq) və Ayan Əliyeva (63 kq) təmsil edəcək.

İdmançılar yarışa gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

Beynəlxalq yarışda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.