Azərbaycanın avrokubokda təmsilçisi Danimarka səfərində
Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu bu gün CEV Çelenc Kubokunda mübarizəyə başlayacaq.
"Mediasport" xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsinin ilk oyunu çərçivəsində Danimarkanın "Holte" komandasının qonağı olacaq.
Holte şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandalar arasında cavab görüşü noyabrın 5-də Bakıda baş tutacaq.

