"Sabah" Bakıda Fransa klubu ilə qarşılaşır - FİBA Çempionlar Liqası

 "Sabah" Bakıda Fransa klubu ilə qarşılaşır - FİBA Çempionlar Liqası

Basketbol üzrə FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsilçimiz "Sabah" bu gün növbəti matçını keçirəcək.

"Mediasport" xəbər verir ki, son ölkə çempionu 3-cü tur çərçivəsində Bakıda Fransanın "Nanter 92" komandası ilə qarşılaşacaq.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Xatırladaq ki, "bayquşlar" qrupun əvvəlki görüşlərində "Ritas" və "Trabzonspor"a uduzublar.