Azərbaycan yığması UEFA İnkişaf Turnirində son matçını keçirdi
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Aleksandr Qrossun baş məşqçisi olduğu kollektiv Litva yığması ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 1:1. Komandamızın qolunu Zəfər İbrahim vurub.
Penaltilər seriyasında daha dəqiq olan futbolçularımız 2:1 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, U-15 turnirin digər görüşlərində Latviyaya 0:3, Maltaya 0:1 hesabları ilə uduzub.

