Avropa çempionatı: Yığmamız son 17 ilin ən yaxşı nəticəsinə nail oldu

Avropa çempionatı: Yığmamız son 17 ilin ən yaxşı nəticəsinə nail oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub.

"Mediasport" xəbər verir ki, komandamız 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb.

Ermənistan isə 73 xalla üçüncü yeri tutub. 

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu, komandamız 2009-cu ildən bu yana Avropa çempionatında ən yaxşı göstəricisidir.

Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal əldə edib.

Xatırladaq ki, yunan-Roma millimiz də bu qitə birinciliyində çempion adını qazanıb.

Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medaa sahib çıxıblar.

Qadın güləşçilərdən isə Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) AÇ-ni bürünc medalla başa vurublar.