Azərbaycanın üç güləşçisi dünya çempionatında 1/4 finala yüksəldi

Azərbaycanın üç güləşçisi dünya çempionatında 1/4 finala yüksəldi

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə dünya çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, mundialın ilk günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

63 kq-da Nürəddin Novruzov ümidləri doğrultmayıb.

70 kq-da Kənan Heybətov, 86 kq-da Arseniy Djioyev, 125 kq-da isə Giorgi Meşvildişvili 1/4 finala vəsiqə qazanıb.

Mundiala sentyabrın 21-i yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan komandası DÇ-yə ümumilikdə 23 idmançı ilə yollanıb.