Millimiz Avropa çempionatında daha 2 qızıl medal qazandı
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vuurlub.
"Mediasport" xəbər verir ki, yarışın son günündə Azərbaycanın dörd sərbəst güləşçisi qızıl, biri bürünc medal görüşünə çıxıb.
Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevə (UWW) uduzaraq ikinci olub.
Ali Tsokayev isə (92 kq) Ahmed Batayevə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevə (Macarıstan) qalib gələrək çempionluğa yüksəlib.
Nürəddin Novruzun (61 kq) üçüncü yer uğrunda dueldə Arsen Arutyunyana (Ermənistan) uduzub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal əldə ediblər.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar.
Sərbəst güləşçilərimizdən isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) medala yiyələnib.


