İdmançımızdan Avropa çempionatında bürünc medal

 İdmançımızdan Avropa çempionatında bürünc medal

Azərbaycanın kayak və kanoe üzrə millisinin üzvü Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında Avropa çempionatında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, idmançımız qitə birinciliyində bürünc medal qazanıb.

O, təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda A finalında finalda finiş xəttini üçüncü keçib.

AÇ 3-6 iyul tarixlərində baş tutub.