Azərbaycan təmsilçisi beynəlxalq yarışda qızıl medal qazandı

Azərbaycan təmsilçisi beynəlxalq yarışda qızıl medal qazandı

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz yarışda qızıl medal qazanıb.

O, mükafatı 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə əldə edib.

Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə gümüş medala layiq görülüb.

Yarışda 20-dən çox ölkənin təmsilçisi qüvvəsini sınayıb.