Bakı şəhər birinciliyi keçiriləcək
7–8 noyabr tarixlərində Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.
"Mediasport" xəbər verir ki, turnirdə 73 klub və idman cəmiyyətindən 483 cüdoçu (417 oğlan, 66 qız) 18 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

