Son Azərbaycan çempionu dağılacaq? - MÜHÜM AÇIQLAMA

"Azenko" şirkəti ilə "Şahdağ-Qusar" futbol klubunun arasında 21 illik əməkdaşlıq başa çatıb.
"Mediasport" xəbər verir ki, 2001-ci ildən şirkətin himayəsində olan şimal təmsilçisi rəsmən sərbəst buraxılıb.
Bu barədə Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev də şəxsi səhifəsində paylaşım edib:
"Şahdağ Qusar" FK ilə bağlı son xəbərlərin fonunda narahatlıqların olması səbəbi ilə qısa açıqlama vermək istəyirəm. Yaxın zamanda ictimaiyyətə daha geniş məlumat veriləcək.
”Şahdağ” yaşayacaq. Hazırda təhvil-təslim prosesi yekunlaşmaq üzrədir. Kluba uzun illərdir dəstək göstərən və I Liqaya yüksəlməsinin əsas səbəbkarı “Azenko”ya təşəkkür edirik.
Futbolun İnkişaf Fondu tərəfindən yeni investor danışıqları aparılır. İstənilən halda klubun bu mövsüm üçün büdcəsi dövlət proqramına müvafiq olaraq planlanıb. Əlavə gəlir kanalları formalaşdırmağa çalışırıq".
Qeyd edək ki, Qusar komandası ötən mövsüm Azərbaycan 2-ci Liqasında çempion olaraq 1-ci Liqaya vəsiqə əldə edib.