Azərbaycan cüdoçusu ikinci dəfə Avropa çempionu adını qazandı!

Azərbaycan cüdoçusu ikinci dəfə Avropa çempionu adını qazandı!

Azərbaycanın gənc cüdoçusu Süleyman Şükürov karyerasında ikinci dəfə Avropa çempionu olub.

"Mediasport" xəbər verir ki, idmançı növbəti uğurunu Monteneqronun paytaxtı Podqoritsada qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman finalda almaniyalı Konstantin Distelə ipponla qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin yarışda əldə etdiyi üçüncü qızıl medalıdır.

Dünən Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) çempionluq yaşayıb.