Cüdo üzrə yığma üzvləri Rusiyada təlim-məşq toplanışına qatılıblar
Yeniyetmə oğlanlardan ibarət milli komandamızın üzvləri Rusiyada keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
"Mediasport" xəbər verir ki, hazırlıq prosesində 5 cüdoçumuz iştirak edib.
İdmançılarımız daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparıb.
Təmsilçilərimiz yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.


