Saleh Sultanov Almaniyada AÇ-də bürünc medal qazandı
Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start götürüb.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Saleh Sultanov (J1, 81 kiloqram) ilk görüşünü qələbə ilə başa vurub.
İdmançımız 1/4 final mərhələsində fransalı Cyril Jonardla qarşılaşıb və məğlub olub.
Təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Zuzqovu məğlub edən Saleh Sultanov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Paracüdoçu həlledici görüşdə Gürcüstan təmsilçisi Mişiko Siobrişviliyə qalib gələrək, Avropa çempionatında bürünc medala yiyələnib.


