Azərbaycan klubu serbiyalı məşqçi ilə 3 illik müqavilə imzaladı

Azərbaycan klubu serbiyalı məşqçi ilə 3 illik müqavilə imzaladı

"Sabah" Basketbol Klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

"Mediasport" xəbər verir ki, serb mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalanıb.

Spasiç məşqçilik karyerasına 2013-cü ildə Serbiyanın "Mladost Zemun" klubunda köməkçi məşqçi kimi başlayıb.

2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç "Rtanj", "Zdravlye Leskovaç" və "Vrşaç" komandalarına rəhbərlik edib.

Mütəxəssis 2024/2025 mövsümündə "Vrşaç" klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub.

O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.

Lazar Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi "Baskets Oldenburq" klubunda baş məşqçi işləyib.

Spasiçin məşqçilər korpusuna Anatoliy Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.

Xatırladaq ki, "Sabah" 3 gün öncə litvalı Rimas Kurtinaytislə yollarını ayırdıqlarını açıqlamışdı.