"Neftçi" və "Sabah" yarımfinalda

 "Neftçi" və "Sabah" yarımfinalda

Kişilər arasında Azərbaycan Basketbol Liqasında ilk yarımfinalçılar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Neftçi" və "Sabah" çempionluq uğrunda mübarizəni davam etdirəcəklər.

“Gəncə” və “Şəki” cütünün qalibi pley-offun 3-cü oyunundan sonra məlum olacaq. Buradan üzüağ çıxacaq kollektiv final yolunda "Sabah"la qarşılaşacaq.

“Abşeron”la “Naxçıvan” isə bu gün ikinci dueldə üz-üzə gələcəklər. Cütün qalibinin yarımfinalda rəqibi “Neftçi” olacaq.