Milli komandanın heyəti açıqlandı
Basketbol üzrə Azərbaycan milli komandasının AVRO-2029 ilk seçmə mərhələsinin 5-ci turunun A qrupunun Lüksemburqla oyunu üçün heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, heyətə 12 oyunçu cəlb edilib.
Onlar Amil Həmzəyev, Emanuel Aqbason, Vesli Van Beek, Əkbər Məmmədov, Orxan Aydın, Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkpərov, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz və Şirzad Şirzadovdur.
Lüksemburq - Azərbaycan dueli sabah keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


