"Neftçi" Filippində iki qələbə ilə 1/4 finala yüksəldi - Dünya Seriyası

 "Neftçi" Filippində iki qələbə ilə 1/4 finala yüksəldi - Dünya Seriyası

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasına uğurla başlayıb.

"Mediasport" xəbər verir ki, B qrupunda ilk iki oyununu qələbə ilə başa vuran təmsilçimiz 1/4 finala yüksəlib.

Serbiyalı Ratomir Deliçin baş məşqçisi olduğu "ağ-qaralar" ilk dueldə Polşa yığmasını (22:14), ardınca Çin komandasını məğlub (19:17) edib.

Komandamız sabah yarımfinal uğrunda Monqolustan basketbolçuları ilə qarşılaşacaq.

Dünya Seriyası sabah yekunlaşacaq.