"Sumqayıt"da üç yeni müqavilə

"Sumqayıt" Basketbol Klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, Zaur Quşanov, İsmayıl Əliyev və Murad Orucəliyevlə yeni anlaşma imzalanıb.
Onlar növbəti mövsümdə də "Sumqayıt"ın formasını geyinəcəklər.