Azərbaycan medal sıralamasında yerini qorudu - III MDB Oyunları
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarının medal sıralamasının liderlər qrupunda dəyişiklik olmayıb.
"Mediasport" xəbər verir ki, Rusiya birinci, Azərbaycan ikinci, Belarus üçüncü pillədəki mövqeyini qoruyub.
Hazırda ölkəmizin hesabında 161 medal (29 qızıl, 46 gümüş, 86 bürünc) var.
Rusiya 194 (105 qızıl, 55 gümüş, 34 bürünc), Belarus isə 101 (27 qızıl, 26 gümüş, 48 bürünc) medal qazanıb.
13 iştirakçı ölkədən 10-u mükafat əldə edə bilib.
Xatırladaq ki, III MDB Oyunları oktyabrın 8-də yekunlaşacaq.
