3 cüdoçumuz medal qazandı
Azərbaycanın gənc cüdoçuları Rusiyanın Krasnoyarsk şəhərində Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 3 medal qazanıblar.
Əhməd Rüstəmov (66 kq) və Hüseyn Eyvazlı (100 kq) gümüş, Murad Allahverdiyev (90 kq) isə bürünc mükafat əldə edib.
Xatirə turnirində 10 ölkədən 240-dən çox cüdoçu yarışıb.


