Millimiz Bolqarıstana böyük hesabla məğlub oldu - AÇ-2027

 Millimiz Bolqarıstana böyük hesabla məğlub oldu - AÇ-2027

Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv 4-cü tur görüşündə Bolqarıstan yığması ilə qarşılaşıb.

Plovdiv şəhərindəki "Kolodrum Arena"da təşkil olunan duel meydan sahiblərinin böyükhesablı qələbəsilə yekunlaşıb - 120:40.

Xatırladaq ki, E qrupunda daha əvvəl Bolqarıstan (48:141), Monteneqro (62:104) və Ukraynaya (34:98) məğlub olan basketbolçularımız 4 xalla sonuncu pillədə qərarlaşıblar.

Qitə çempionatının final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada təşkil ediləcək.