Avropa Kubokunda final mərhələsi: Milli komandamız 2 oyuna çıxacaq

  Avropa Kubokunda final mərhələsi: Milli komandamız 2 oyuna çıxacaq

Bu gün qadın basketbolçulardan ibarət 3x3 Azərbaycan milli komandası Avropa Kubokunun final mərhələsində mübarizəyə başlayır.

"Mediasport" xəbər verir ki, yığmamız Kopenhagendə Fransa və Ukrayna ilə qarşılaşacaq.

Millimiz ilk görüşünü saat 13:55-də Fransa yığmasına qarşı keçirəcək. Daha sonra komandamız 20:25-də Ukrayna ilə qarşılaşacaq.