AVF rəsmisi Çelenc Kubokunun 1/16 final matçına təyinat aldı

 AVF rəsmisi Çelenc Kubokunun 1/16 final matçına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.

"Mediasport" xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində iş başında olacaq.

Z.Gözəlbəyli Türkiyənin “Altekma” və Niderlandın “Slidrext” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Görüş yanvarın 7-də İzmirdə baş tutacaq.