Millimiz Özbəkistana yollandı

  Millimiz Özbəkistana yollandı

16 yaşadək voleybolçu qızlardan ibarət milli komandamız III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.

"Mediasport" xəbər verir ki, yığmamız bu məqsədlə paytaxt Daşkəndə yola düşüb. 

Komandamız avqustun 18-dək davam edəcək təlim-məşq toplanışında Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu keçirəcək.