Avropa Qızıl və Gümüş Liqası: Millilərimizin təqvimi açıqlandı

Avropa Qızıl və Gümüş Liqası: Millilərimizin təqvimi açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqası, kişi komandamızın isə Avropa Gümüş Liqasında matçlarının təqvimi açıqlanıb.

"Mediasport" xəbər verir ki, qadınlardan ibarət yığmamız yarışa Bakıda Macarıstana qarşı oyunla başlayacaq.

Turnirin formatı ötən il olduğu kimi qalıb. Avroliqanın mərhələləri yenə bir neçə həftəsonuna bölünüb və ilk mini-turnir mayın 30-dan iyunun 1-dək Bakıda keçiriləcək.

Yığmamız mayın 30-da Macarıstanla, iyunun 1-də isə Sloveniya ilə qarşılaşacaq.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ardınca Slovakiyanın paytaxtı Bratislavaya yollanaraq iyunun 6-da yerli komanda, ertəsi gün isə Monteneqro millisi ilə qarşılaşacaqlar.

Yığmamız daha sonra Xorvatiyanın Zadar şəhərində çıxış edəcək. İyunun 13-də voleybolçularımızı xorvatlarla, ertəsi günRumıniya ilə görüşəcək.

Fərid Cəlalovun rəhbərlik etdiyi kişi yığmamız ilk oyununu iyunun 6-da səfərdə İsveçə qarşı keçirəcək.


Avropa Gümüş Liqasında millimizin təqvimi

İsveç
6 iyun: Azərbaycan – İsveç

7 iyun: Gürcüstan – Azərbaycan

Bakı

13 iyun: Lüksemburq – Azərbaycan

15 iyun: Azərbaycan – Macarıstan

Farer adaları, Hoyvik

20 iyun: Azərbaycan – Farer adaları

21 iyun: Avstriya - Azərbaycan