Millinin üzvləri 26 qızıl, 10 gümüş və 8 bürünc medal qazandılar

 Millinin üzvləri 26 qızıl, 10 gümüş və 8 bürünc medal qazandılar

Bakı Su İdmanı Sarayında üzgüçülük yarışı keçirilib.

"Mediasport" xəbər verir ki, yarışda üzgüçülük üzrə milli komandamızın üzvləri də iştirak edib.

Onlar 2 yarış günü ərzində ümumilikdə 26 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.

Millimizin üzvü Fatimə Alkərəmova brass üsulu ilə 200 metr məsafədə 2016-cı ildən qüvvədə olan Azərbaycan rekordunu yeniləyib.

Məryəm Cavadova sərbəst üsul ilə 100 metr məsafədə Azərbaycan Respublikasının idman ustası normativini yerinə yetirməyi bacarıb.