Cəlal iki qolla komandasına vacib səfər qələbəsi qazandırdı - VİDEO

Cəlal iki qolla komandasına vacib səfər qələbəsi qazandırdı - VİDEO

Futbol üzrə Bolqarıstan Yüksək Liqasında 34-cü turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Botev"lə qarşılaşıb.

Görüşdə dubl edən millimizin müdafiəçisi Plovdiv səfərində komandasına vacib qələbə qazandırıb - 2:1.

"Arda" hazırda 48 xalla turnir cədvəlinin 7-ci sırasında qərarlaşıb və Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Çempionatda finişə iki tur qalıb, KL qrupunun lideri "Çerno More"nin 54 xalı var.