Azərbaycan milli komandası Fransa yğmasına uduzdu - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə qrup mərhələsində son oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərliyində olan kollektiv Bakıda Fransa futbolçularını qəbul edib.
Mundiala birbaşa lisenziya və pley-offa vəsiqə şanslarını itirmiş yığmamız meydana yalnız prestij üçün çıxıb və məğlub olub.
Xatırladaq ki, A milli bunadək qrupda keçirdiyi qarşılaşmaların 4-də uduzmuşdu: İslandiya (0:5, 0:2), Fransa (0:3) və Ukrayna (1:2).
Ukraynalılarla Bakıda bərabərə qalmış (1:1) komandamız qrupda 1 xalla sonuncu yeri tutub.
DÇ-2026. Avropa zonası. Seçmə mərhələ. D qrupu
Azərbaycan - Fransa 1:3
Baş hakim: Andris Treimanis
Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksey Spasennikovs
Dördüncü hakim: Vitalis Spasyoņņikovs (hamısı Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
