Olimpiya və səkkizqat dünya çempionu 44 yaşında vəfat etdi

Olimpiya və səkkizqat dünya çempionu 44 yaşında vəfat etdi

2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarının güləş üzrə qalibi Hitomi Obara vəfat edib.

"Mediasport" xəbər verir ki, səkkizqat dünya çempionu 44 yaşında dünyasını dəyişib.

Yaponiyalı əfsanə Böyük Britaniyada keçirilmiş olimpiadanın finalında məhz Azərbaycan təmsilçisi Mariya Stadniki məğlub edərək qızıl medal qazanmışdı.

Adı 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) "Şöhrət zalı"na daxil edilmiş sabiq idmançı Yaponiya milli komandasında çalışırdı.