Dünya çempionatı: Həsrət Cəfərov finalda, Murad və İslam uduzdu

Dünya çempionatı: Həsrət Cəfərov finalda, Murad və İslam uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 8-ci yarış günündə Azərbaycanın 3 yunan-Roma təmsilçisi mübarizəyə qoşulub.

Onlardan Murad Məmmədov (63 kq) 1/4, İslam Abbasov (87 kq) 1/8 finalda uduzaraq ümidləri doğrultmayıb.

Əsas medal ümidlərimizdən Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək adını finala yazdırıb. Həsrətin həlledici dueli sabah baş tutacaq.

Bir azdan 72 kq-da yarışan Ülvi Qənizadə final, Murad Əhmədiyev (97 kq) bürünc medal görüşünə çıxacaq.

Xatırladaq ki, Azərbaycan komandası DÇ-də indiyədək cəmi 5 medal qazanıb - sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc, yunan-Roma növündə isə hələlik yalnız Eldəniz Əzizli (55 kq) bürünc mükafat əldə edib.