Azərbaycan yığmasının sabiq üzvü 36 yaşında dünyasını dəyişdi

Azərbaycan idmanına itki üz verib.
"Mediasport" xəbər verir ki, şose velosipedi üzrə yığma komandamızın sabiq üzvü Kiril Pozdnyakov vəfat edib.
Uzun müddət “Synergy Baku" klubunda çıxış etmiş idmançı 36 yaşında həyatını itirib.
Rusiya əsilli Pozdnyakov 2017-ci ildə Azərbaycan vətəndaşlığı alaraq komandamızda çıxış etməyə başlamışdı.
Allah rəhmət eləsin!