Azərbaycan velosipedçisindən beynəlxalq turnirdə bürünc medal

Trek velosipedi üzrə Azərbaycan millisinin üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurlu nəticə ilə yadda qalıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb.
Sidorenko nəticədə hesabına 80 reytinq xalı da yazdırıb.