Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışına başladılar

Velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət Azərbaycan milliləri Gədəbəydə təim-məşq toplanışı keçirlər.
"Mediasport" xəbər verir ki, ayın sonunadək dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçiriləcək təlim-məşq toplanışında idmançılarımız təşkil ediləcək nəzəri-praktiki məşqlərdə və təlimlərdə öz peşəkarlıq səviyyələrini yüksəldəcəklər.
Təlim-məşq toplanışına yola düşməzdən əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyasında tədbirin təşkilatçıları və idmançılarla görüş keçirilib.
Federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, AzVİF rəhbərliyi yığma komandaların üzvlərinin hazırlığının artırılmasına xüsusi diqqət yetirir.