"GP Presov" beynəlxalq turnirində Azərbaycanı kimlər təmsil edəcək?
Trek velosipedi üzrə Azərbaycan millisi 6-7 iyunda "GP Presov" beynəlxalq turnirində mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, yığmamızı Slovakiyadakı yarışda Tural İsrafilov, Maksim Trendelyov (hər ikisi U-23), Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov, Nihad Xudoyev (hamısı gənclər) və Viktoriya Sidorenko təmsil edəcək.
Milliyə baş məşqçi Vladimir Buşanskiy və böyük məşqçi Elçin Qasımov rəhbərlik edəcək.


