"Turnirin iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcəklər"

"Turnirin iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcəklər"

"Bu turnirin iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcəklər. Onlar ölkəmizin təbiətini çox bəyəniblər. Təhlükəsizlik baxımından da hər şey qaydasındadır".

"Mediasport" xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov deyib.

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin sədri velosiped idman növünün ölkədə geniş yayıldığını söyləyib:

"Elə kəndlərimiz var ki, orada maşından yox, velosipeddən istifadə edirlər. Gədəbəy, Qəbələ, Şamaxı və digər bölgələrdə velosiped bölmələrini yaratmışıq.

Bu, Qazaxda da nəzərdə tutulur. Orada da bu idman növünə maraq böyükdür".

Xatırladaq ki, ümumi mükafat fondu 50 min avrodan artıq olan yarışda dünyanın 20 ölkəsindən 24 komanda mübarizə aparır.

Turnirə sabah yekun vurulacaq.