Fernandu Santuş Azərbaycan yığmasının heyətini açıqlayacaq

Fernandu Santuş Azərbaycan yığmasının heyətini açıqlayacaq

Futbol üzrə Azərbaycanın A milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

"Mediasport" xəbər verir ki, portuqaliyalı mütəxəssis mayın 23-ü, saat 16:00-da AFFA-nın inzibati binasında baş tutacaq konfransda yığmamızın qarşıdakı yoldaşlıq görüşləri üçün heyətini açıqlayacaq.

Xatırladaq ki, seçməmiz iyunun 7-də Riqada Latviya, iyunun 10-da isə Bakıda Macarıstan futbolçuları ilə qarşılaşacaq.