Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusu - Nəriman Axundzadə

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusu - Nəriman Axundzadə

Cənub Regional Futbol Federasiyası 2025-ci ilin ən yaxşılarını müəyyənləşdirib.

"Mediasport" xəbər verir ki, qurum müxtəlif nominasiyalar üzrə seçimlərini açıqlayıb.

CRFF ilin ən yaxşı futbolçusu adına Azərbaycan milli komandası və “Qarabağ” klubunun hücumçusu Nəriman Axundzadəni layiq görüb.

2025-ci ilin ən yaxşı qadın futbolçusu Azərbaycan qadın millisinin üzvü Sevinc Cəfərzadə seçilib.

“İlin futbol adamı” nominasiyasında isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib adını qazanıb.